YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərimizin həyatı hər bir vətənsevər vətəndaş üçün örnəkdir

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Dil hər bir millətin mövcudluğunun təsdiq edən ən önəmli vasitədir. Millət anlayışının tərifi yuxarıda dediklərimizi bir daha təsdiq edir. Millət anlayışının tərifini xatırlasaq deyilir ki, "Vahid dilə, vahid dinə, vahid əraziyə mənsub olan insan toplumuna millət deyilir". Tərifdən göründüyü kimi millətin varlığını təsdiq edən birinci amil hər hansi bir dilə sahib olmasıdır. Dil əsas amil, digər iki amil isə köməkçi amil funksiyasında çıxış edir desək məncə yanılmış olmarıq. Məhz bu səbəbdən mili kimliyi qorumaq üçün ilk növbədə ana dilin qorunmasına, inkişaf etdirilməsinə və zamanın artan tələbatına cavab vermək məqsədilə dilin zənginləşdirilməsinə ehtiyac duyulur.

Dil sadəcə olaraq bir ünsiyyət vasitəsi deyil, milli kimliyin, milli məfkurənin mövcudluğunun təsdiqidir. Hər hansı bir xalqı sıradan çıxarmağın yollarından biri də onun dilini aradan qaldırılmasıdır. Odur ki, millət, vətən dildən başlayır. Dili qorunaq milli mövcudluğu qorumaq, Vətəni qorumaq deməkdir. Dilin qeydinə qalmaq üçün insanda milli təəssübkeşlik olmasıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev dahi siyasətçi, müdrik və qətiyyətli rəhbər olmaqla yanaşı millətini, vətənini sevən, sözün həqiqi mənasında milli təəssübkeş idi. Ulu Öndərimizin digər sahələrdə göstərdiyi xidmətləri kənara qoysaq, yalnız ana dilimizin qorunmasında, inkişaf etdirilməsində və zənginləşdirilməsində xidmətləri əvəzsizdir. Bilirik ki, Ulu Öndərimiz birinci dəfə 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə Azərbaycan müstəqil dövlət deyildi, keçmiş SSRİ- nin tərkibində müttəfiq respublika idi. O dövrdə sovet xalqı anlayışı hakim idi. Bu da açığını desək rusların dilində danışan, milli məfkurəsi olmayan, rusların maraqlarına xidmət edən insan toplumu idi. Bu bir dövlət siyasəti idi və bunu tam şəkildə ideallaşdırmaq üçün xüsusi proqramlar işlənmişdi, icrası da sistemli olaraq həyata keçirilirdi. Belə bir dövlət maşının qarşısını almaq, milli dili qorumaq və əksinə inkişaf etdirərək zənginləşdirmək həm böyük cəsarət, həm böyük qabiliyyət, həm də gərgin əmək tələb edirdi.

Keçmiş SSRİ respublikaları arasında öz konstitusiyasında ana dilini dövlət dili kimi təsdiq edən nadir respublikalardan biri məhz Azərbaycan idi. 1978 - ci ildə qəbul edilmiş Azərbaycan SSR- nın Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olmasını qəbul etdirmək böyük uğur, bugünkü müstəqil Azərbaycanın qurulmasında mühüm hadisə kimi qiymətləndirilməlidir.

Ulu Öndərimizi keçirdiyi tədbirlərdə çıxışları ana dilində etməklə, sənədləşmə işlərinin, təhsilin ana dilimizidə aparılması ilə Azərbaycan dilinə dövlət idarəetmə dili statusu qazandırdı. Heydər Əliyev sadə Azərbaycan dilinin incəliklərindən məharətlə istifadə edərək böyük siyasi fəaliyyətdə Azərbaycan dilinin heç bir xalqın dilində geri qalmadığını təsdiq edirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzun illər rusdilli idarəetmə sistemində çalışmasına baxmayaraq rəsmi və ya qeyri-rəsmi tədbirdə danışarkən heç zaman yad bir dildə söz işlətməməsi özlüyündə onun qeyri- adi təfəkkürə sahib olmasi ilə yanaşı doğma dilimizə məhəbbətinin təsdiqidir. Ulu Öndərimizin həyatı hər bir vətənsevər vətəndaş üçün örnəkdir.