YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirən əsas faktordur

Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil.

Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, xaricdə yaşayan soydaşlarımız, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq kifayət deyil.

“Ona görə biz Azərbaycan məktəblərinin açılmasına da hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas faktordur. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.