Xəbərlər
Akif Əlizadə: Dövlət başçısının AMEA-ya göstərdiyi etimadı tam doğrultmalıyıq

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilərin iyunun 27-də keçirilməsi nəzərdə tutulur. Bu barədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, həmin seçkilərdə 50-dən artıq yeni üzv seçilməsi nəzərdə tutulur.
«Bu çox məsuliyyətli bir işdir. Bu seçkilər çox mürəkkəb olduğundan çox vaxt apara bilər. Bölmə rəhbərlərindən, bölmələrin ümumi iclaslarından müraciət edərək onları səfərbərliyə dəvət edirəm. Bu seçkiləri 7 ildən sonra çox yüksək səviyyədə keçirməliyik ki, ölkə Prezidenti İlham Əliyevin AMEA-ya göstərdiyi etimadı tam doğrulda bilək»- deyə, A.Əlizadə vurğulayıb.