Xəbərlər
İrimiqyaslı əməliyyat-taktiki təlimlər keçirilir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən keçirilən irimiqyaslı əməliyyat-taktiki təlimlər bölgəsində olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub, onların hazırlıq səviyyəsini yoxlayıb.
Nazirliyin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlər davam edir.