Xəbərlər
Məlahət İbrahimqızı: Azərbaycan demokratik dəyərlərə söykənən hüquqi bir dövlətdir
«Əslində, “Human Rights Watch” təşkilatının qərəzli mşvqeyi cəmiyyətimizdə hər kəsə bəllidir. Bu baxımdan təşkilatın növbəti hesabatı heç də təəccüb doğurmur. Çünki bu təşkilat Azərbaycana qarşı qərəzli mövqeyi ilə hər zaman seçilib». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, “Human Rights Watch”in hesabatında ancaq Azərbaycan əleyhinə çıxışlara, tənqidlərə rast gəlmək mümkündür. Onun sözlərinə görə, ölkədə baş verən dəyişiklikləri, inkişafı görməzdən gəlmək nə qədər qərəzli olduqlarını təsdiqləyən faktlardan sadəcə biridir.
«Təbii ki, Azərbaycan demokratik dəyərlərə söykənən hüquqi bir dövlətdir. Eyni zamanda, ölkəmiz regionda bütün parametrlər üzrə lider dövlət rolunda çıxış edir, gündən-günə qüdrətlənən, möhkəmlənən Azərbaycanın inkişafına antiazərbaycançı qüvvələr sevinməyə bilər. Bu baxımdan hesab edirəm ki, maraqlı qüvvələrin əlində alətə çevrilən bəzi təşkilatların hesabatlarında Azərbaycan haqqında əks olunan obyektivlikdən kənar, böhtan dolu, qərəzli münasibətlərin, fikirlərin qətiyyən əsası yoxdur»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.