Xəbərlər
Prezident İlham Əliyev Məmmədbağır Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Sərəncam imzaladı.