Xəbərlər
Sahibə Qafarova: «“Human Rights Watch”” təşkilatının son hesabatı əvvəlkilər kimi reallığı əks etdirmir
“Human Rights Watch”” təşkilatının son hesabatı əvvəlkilər kimi reallığı əks etdirmir. Çünki bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilir». Bu fikri Azərbaycanın AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, “Human Rights Watch” ölkəmiz haqda məlumatları bir mənbədən alır və burada balans gözlənilmir. Yəni bu qurum hökumətin, parlamentin məlumatlarını və mövqeyini nəzərə almır. Onun sözlərinə görə, “Human Rights Watch”” ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi məlumat əsasında da belə mənfi hesabat ortaya çıxarır.
«Təşkilatın mövqeyi Azərbaycanda gedən obyektiv proseslərə adekvat deyil. Belə qurumlar öz maraqlarını güdür və havadarlarının verdiyi təlimatlara əsasən belə nəticələr çıxarırlar. Bu təşkilatın nümayəndələri bir dəfə də olsun parlamentə müraciət edib onları maraqlandıran məsələlərlə bağlı suallar verməyiblər. Bütün hallarda reallıq ondan ibarətdir ki, Azərbaycanda insan hüquqları, demokratiya və mətbuat azadlığı sahəsində ildən ilə inkişaf baş verir» - deyə S.Qafarova qeyd edib.