Xəbərlər
Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrıldı.