Xəbərlər
Astanada “TransAvrasiya-2014” Beynəlxalq Konfransı keçiriləcəkdir
Mayın 20-dən 24-dək Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Böyük İpək Yolunun irsi və bərpası üzrə “TransAvrasiya-2014” IX Beynəlxalq konfransı keçiriləcəkdir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, konfrans VII Astana İqtisadi Forumu çərçivəsində təşkil olunacaqdır.
Mühüm əhəmiyyət kəsb edən bu beynəlxalq tədbirdə ölkəmizi nəqliyyat nazirinin müavini Мusa Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir. Konfrans çərçivəsində keçirilən plenar iclasda M.Pənahov “Böyük İpək Yolunun yeni imkanları” mövzusunda məruzə ilə çıxış edəcəkdir.
Konfransda, həmçinin Nəqliyyat Nazirliyi təmsilçilərinin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı – Trans-Avropa və Trans-Asiya nəqliyyat şəbəkələrinin kəsişməsində səmərəli nəqliyyat düyünü” mövzusunda çıxışı da nəzərdə tutulur.