YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramının dövlət səviyyəsində hər il qeyd olunması, xalq-iqtidar birliyinin təcəssümüdür

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır. Tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub saxlamış, ona ən qiymətli sərvəti kimi yanaşmışdır.

Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən işlər siyasətinin mənəvi kamilləşməsində, milli mənəvi dəyərlərə zidd olan təsirlərin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.

Mədəni irsin və milli-mənəvi dəyərlərin dərindən öyrənilməsi, təşviqi üçün ölkəmizdə əlverişli ictimai-siyasi, elmi-mənəvi mühit yaradılıb.

Xalqımızın qədim və zəngin mədəniyyətinin, mənəvi dəyərlərinin qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində fəal dövlət siyasəti aparılır. Bu sahədəki uğurlar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, folkloruna və incəsənətinə dövlət səviyyəsində yüksək diqqətin nümunəsidir.

Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruz bayramının yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələni xüsusi qeyd etmək olar. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

İkinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərimiz hər Novruz bayramı gününü şəhid ailələrinin uşaqları ilə birlikdə keçirərdi. Həmin şənliklərdə deyərdi, “Siz məyus olmayın ki, valideyinləriniz şəhid olub, mən sizin babanızam”

Sevindirici haldır ki, Ümummilli Liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.

Novruz- dünyanın və insanın yaradılış bayramıdır. Onun eoxaları, xalqları, dinləri, qitələri əhatə edən kultorolji-fələsfi əzəməti, milli böyüklüyünün əsasında varlıq aləminin yaradılışı haqqında  ilkin mifoloji-kosmoqonik konsepsiya durur. Novruz özünün qlobal məkan və zaman coğrfiyasında heç vaxt ilkin yardılış fəlsəfəsindən məhrum olmamış, dünyanın harsında, tarixin hansı dönəmində olursa-olsun, dünyanın və insanın varlığını təzələmiş, yenidən yardaraq, yox olmaqdan qorumuşdur.

Bu cəhətdən novruz bayramı milli fələsəfəsinə, kosmik mahiyyətinə görə insan və onun dünyasının yaradılış mexanizmidir. Cəmiyyətin dialektik hadisə kimi mövcudluğunun, inkişaf və təkamülünün üsulsur.

Bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımız Novruz Bayramını xüsusi təmtaraqla, Qalib ölkənin vətəndaşları kimi qeyd edir. Bu qalibiyyəti bizə bəxş edən Ali Baş Komandanımıza, Şanlı Ordumuza, müqəddəs şəhidlərimizə, igid qazilərimizə minnətdarıq.