Xəbərlər
Yasamal rayonunda Novruz bayramı münasibətilə “Şəhid ailələrinə qayğı” adlı humanitar aksiya keçirilib
Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Milli Məclisin deputatı Elnur Allahverdiyevin və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Şəhid ailələrinə qayğı” humanitar aksiya keçirilib.
Aksiyanın ilk günü Yasamal rayonu ərazisindəki şəhid ailələri ziyarət olunub. Görüşlərdə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin əziz xatirələrinin xalqımızın yaddaşında əbədi yaşayacağı bildirilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Görüşlər zamanı şəhid ailələrinə bayram sovqatları təqdim olunub.