YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Cənubi Qafqazda münaqişədən sonrakı qarşılıqlı əlaqələr üçün təməl qoyulub

Cənubi Qafqazda vəziyyəti müzakirə edərkən biz vurğuladıq ki, ötən ilin sonunda və cari ilin əvvəlində bu ümumi qonşuluq bölgəsində münaqişədən sonrakı dövrdə qarşılıqlı əlaqələr üçün yeni mexanizm – “3+3” konsultativ-regional platforma vasitəsilə təməl qoyulub.

Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Moskvada Türkiyə XİN-in başçısı ilə danışıqların yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

Rusiyalı nazir deyib: “Bu ölkələr - Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran və həmin perspektiv formata birləşmək üzərində hələ ki, fikirləşən Gürcüstandır. Lakin biz dəfələrlə qeyd etmişik ki, gürcü həmkarlarımızı bu qurumun iclasında görməyə həmişə şadıq”.

S.Lavrov onu da vurğulayıb ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş kursu alqışlayır.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələrin birinci görüşü təşkil olunub, yəqin ki, cənab nazir bu barədə danışacaq. Biz iki qonşu ölkə arasında ikitərəfli əlaqələrin normallaşdırılmasına yönəlmiş kursu alqışlayırıq”, - deyə Rusiya diplomatik qurumunun başçısı əlavə edib.