Xəbərlər
YAP Laçın rayon təşkilatının üzvləri novruz bayramı münasibəti ilə şəhid ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının üzvləri rayon təhsil şöbəsinin əməkdaşları ilə birlikdə novruz bayramı münasibəti ilə şəhid ailələrini ziyarət edib.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin məzarını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Qəhrəmanlarımızın qəbrüstü abidəsinə gül dəstələri düzüblər.
Sonra şəhidlərin ailəsi ziyarət olunaraq, bayram sovqatı çatdırılıb. Şəhidlərin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.