Xəbərlər
Rumıniya ilə enerji sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal ilə görüşüb.
Bu barədə nazir məlumat verib.
M.Cabbarov qeyd edib ki, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb.