Xəbərlər
Türkiyə XİN: 30 il əvvəl dünyanın gözü qarşısında yaşanan vəhşiliyin səbəb olduğu yaralar hələ də təzədir
Ermənistan silahlılarının 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə hücumları nəticəsində aralarında çox sayda qadın və uşağın da olduğu 613 azərbaycanlı günahsız mülki şəxs qətlə yetirildi və yüzlərlə Azərbaycan vətəndaşı yaralandı. Bundan başqa, mindən çox şəxs Ermənistan qüvvələri tərəfindən əsir alındı. İtkin düşənlərin taleyi isə bu günə qədər məlum deyil.
Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanatında əksini tapıb.
Bəyanatda, həmçinin deyilir: “Otuz il əvvəl dünyanın gözü qarşısında yaşanan vəhşiliyin səbəb olduğu yaraların hələ də təzə olduğunu bilirik. Qardaş Azərbaycanın acısını öz acımız kimi qəbul edir və dərin kədər hissi ilə buna şərikik. Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, bütün Can Azərbaycan xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatını itirənlərin əziz xatirələrini ehtiramla yad edirik”.