Xəbərlər
Müdafiə Nazirliyi: Azərbaycan ordusunun Tağaverd kəndi istiqamətində atəş açması barədə məlumat təxribat xarakterlidir
Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.