YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın aparıcı KİV-ləri 31 mart-Azərbaycanlıların Soyqırımı Günündən yazır

Pakistanın “Centreline” jurnalı, “DNA” informasiya agentliyi, ingilis və urdu dillərində çap olunan “Daily Insaaf” qəzeti 31 mart - Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən məqalələr yayıb.
Məqalələrdə bildirilir ki, Azərbaycan xalqı hər il martın 31-də kütləvi etnik təmizləmə və soyqırımı qurbanlarının xatirəsini yad edir. Azərbaycanın tarixinə nəzər yetirilən yazılarda Gülüstan və Türkmənçay müqavilələrindən bəhs edilir. Bildirilir ki, bu müqavilələr nəticəsində Azərbaycan parçalanıb, onun Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər tarixi ərazilərinə İrandan və Türkiyədən ermənilər köçürülüb. Bütün bunlara baxmayaraq, azərbaycanlılar həmişə bu ərazilərdə çoxluq təşkil edib. Məhz bu səbəbdən də “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçiriblər. Azərbaycan torpaqlarının işğalı da bu siyasətin ayrılmaz bir hissəsi olub.
Məqalələrdə 1905-1907-ci illərdə minlərlə günahsız azərbaycanlının ermənilər tərəfindən öldürüldüyü vurğulanır. Qeyd olunur ki, Birinci Dünya müharibəsindən sonra Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilərək Bakıya göndərilib. Bakıda hakimiyyəti ələ keçirən bolşeviklər azərbaycanlıları tamamilə məhv etmək üçün ermənilərə şərait yaradıblar. Martın 3-də Bakı Sovetinin 6 min əsgəri və 4 min daşnak azərbaycanlılara qarşı soyqırımı əməliyyatına başlayıb. Qısa müddətdə Bakının əksər hissəsi dağıdılıb, insanlar məhv edilib. Bununla yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində də kütləvi qırğınlar törədilib.
Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkədə baş verən hadisələrə siyasi qiymət verərək, 1919-cu və 1920-ci illərdə 31 mart gününü ümummilli hüzn günü kimi qeyd edib. Yazılarda mart hadisələri zamanı soyqırımına məruz qalmış insanların sayı haqqında da məlumat verilir. Həmin vaxt “Nyu-York Times” qəzetində dərc olunmuş informasiyaya istinad edilərək bu rəqəmin təkcə Bakıda 12 min olduğu bildirilir. 1919-ci ildə keçirilmiş Paris Sülh Konfransında iştirak etmiş Azərbaycan nümayəndə heyəti ermənilərin Bakı hadısələrində əsas rol oynadığını, 12 min qadın, uşaq və qocanı öldürdüklərini bildirib.
Oxucuların diqqətinə çatdırılır ki, 1998-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da tarixi ədalətin bərpa olunması istiqamətində cəsarətli addım atılıb.
Məqalədə o da vurğulanır ki, soyqırımı siyasətini davam etdirən ermənilər 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.

 

DİGƏR Xəbərlər Arxiv