YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fevral ayında idxal əməliyyatlarının həcmi 43,45 faiz artıb

Bu ilin fevral ayında Azərbaycan rezidentləri dünyanın 112 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2590-a çatıb, əməliyyatların 806-sı fiziki şəxslə, 1784-ü isə hüquqi şəxslə icra edilib.
Ay ərzində ticarət əməliyyatlarının ümumi həcmi 4041747,52 min ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət əməliyyatları 18,65 faiz azalıb.
Hesabat dövründə idxal əməliyyatlarının həcmi 2014-cü ilin eyni dövrünə nisbətən 43,45 faiz artaraq 1707155,78 min dollar, ixrac əməliyyatları isə 38,21 faiz azalaraq 2334591,74 min dollar təşkil edib. Ticarət əməliyyatları ən çox Çexiya, Avstriya, Türkiyə respublikaları və Almaniya Federativ Respublikası ilə aparılıb. Ay ərzində Türkiyə ilə 203329,83 min dollarlıq idxal, 47897,07 min dollarlıq isə ixrac əməliyyatı həyata keçirilib.

 

DİGƏR Xəbərlər Arxiv