YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Biz müharibəni ləyaqətlə aparmışıq və düşmənə cavabı döyüş meydanında vermişik

Azərbaycan müharibəni ləyaqətlə aparıb, biz düşmənə cavabı döyüş meydanında vermişik.

Bunu Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində Ermənistanın hərbi cinayətləri barədə danışarkən bildirib.

“Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident deyib ki, döyüş meydanında məğlubiyyətə uğrayan, 10 min fərari verərək biabır olan Ermənistan çirkin əməllərə əl atıb bizi dayandırmaq istəyirdi: “Amma Azərbaycan xalqı, hətta bu dağıntılar altından çıxan insanlar, qanın içində olan insanlar, öz yaxınlarını itirmiş insanlar da deyirdilər ki, biz ancaq qabağa getməliyik. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Biz bu günahsız insanların, şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Ermənistanı diz çökdürdük, məğlub etdik. Erməni faşizmini məğlub etdik və ədaləti bərpa etdik”.