Xəbərlər
Xocalıdan olan şəhid ailəsi ziyarət edilib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının nümayəndələri dörd ailə üzvünü Xocalı faciəsində itirən Ofelya Məmmədovanı ziyarət ediblər.
Təşkilatın əməkdaşı Sübhan Əmirov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, problemlərinin həlli istiqamətində lazımi addımların atılacağını bildirib.
O.Məmmədova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.