YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının keçirdiyi “Milli maraqlar və xarici siyasət” adlı silsilə görüşlər çərçivəsində "Azərbaycan - Türkiyə strateji münasibətləri, Türk dövlətləri təşkilati kontekstində" mövzusunda gənclərlə görüşün növbəti qonağı Milli Məclisin deputatı Ramil Həsən olub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görüş iştirakçılarını   salamlayıb və vurğulayıb ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.

Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə biri digərinin yanında olub.

Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Çıxış edən məruzəçi deputat Ramil Həsən deyib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir: “Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk". Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir”.

R.Həsən qeyd edib ki, Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında olub. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərib. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə ediblər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq.

Görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv