Xəbərlər
Göygöl rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb
Göygöl rayonun Çaykənd kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq kompleksi abidəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, rayonun idarə və müəssisələrinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və media nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra, şəhidlərimiz əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində Qələbəyə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrikliyi, Azərbaycan Ordusunun, şəhidlərimizin və qazilərimizin şücaəti bahasına nail olunub.
Tədbirdə çıxış edən Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətindən danışıb,
Şəhid ailələrinin üzvləri və qazilər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından bəhs edərək, bu kompleksin tikintisində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Sonra məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin sonunda şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirilib.