Xəbərlər
Tovuzda “Azərbaycan son 18 ildə” mövzusunda konfrans baş tutub
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib.
Tədbirdə YAP rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramov 2003-2021-ci illər ərzində ölkənin əldə etdiyi misilsiz nailiyyətləri faktlar və rəqəmlərlə diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu məharətlə davam etdirən Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi xalqımızı yeni-yeni zəfərlərə qovuşdurur.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət Azərbaycana qələbə qazandırıb.
Tədbirdə çıxış edən Tovuz rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyev, Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Paşa Muradov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov da son 18 ildə ölkədə ayrı-ayrı sahələrdə qazanılan uğurlardan bəhs ediblər.