YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatında “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev konfransı açaraq qeyd edib ki, görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyev dünyada ən nüfuzlu və uğurlu dövlət başçısı kimi, 18 ildir ki, Azərbaycana Respublikasına rəhbərlik edir: “2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçilib və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlayıb”. T.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş  etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verib: “Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artıb. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazanıb. Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır”.

Daha sonra T.Əliyev deyib ki, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır: “Həmin Qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb”.

Sonra çıxış edənlər YAP Göygöl rayon təşkilatının Kərəmli kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri, partiya veteranı Mətləb Hüseynov, YAP Göygöl rayon təşkilatının Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva və fəal gənc Əli Həsənov qeyd ediblər ki, 2003-cü il oktyabrın 1-də prezident seçkilərində öz namizədliyini geri götürdüyünü bildirən Ulu Öndər Heydər Əliyev həm İlham Əliyevin, həm də Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı yolunda böyük işlər görəcəyinə inanırdı. Qeyd edilib ki, 18 il əvvəl 15 oktyabrda  baş verən tarixi hadisədən ötən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu.

Çıxışçılar onu da qeyd ediblər ki, Vətən və xalq qarşısında Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər Ordunun yaradılmasıdır, eyni zamanda son 18 ildə Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız dövlət başçısının rəhbərliyi ilə tətbiq olunan düzgün idarəçilik modeli dayanır.