Xəbərlər
Politoloq: Ölkəmizin inkişafını bəzi xarici qüvvələr həzm edə bilmirlər
«İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Azərbaycana qarşı təzyiq cəhdlər var. Bunun əsas səbəbi məhz ölkəmizin dinamik inkişafının bəzi xarici dairələr tərəfindən qəbul edilə bilməməsidir». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, ölkəmizin istənilən sahə üzrə sürətli inkişafını bəzi xarici qüvvələr həzm edə bilmirlər. Onun sözlərinə görə, dövlətimiz öz seçdiyi inkişaf yolundan çəkinmir,uğurlu gələcəyə doğru inamla addımlayır və bu yoldan bizi heç kəs çəkindirə bilməz.
«Belə olan təqdirdə də bəzi beynəlxalq dairələr öz “fəaliyyətlərini” məhz Azərbaycan əleyhinə yönəltməyə başlayırlar. I Avropa Olimpiya Oyunlarının keçirilməsinə az bir müddət qalmış bu cür boykot xarakterli fikirlərin səsləndirilməsi heç də təsadüfi deyil. Amma əminik ki, son nəticədə yenə də uğursuzluğa düçar olacaqlar»- deyə, politoloq qeyd edib.