Xəbərlər
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının növbəti iclası keçirilib

Noyabr ayının 26-da Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının fəaliyyət istiqamətinə dair növbəti iclası keçirilib.
İclasda Təftiş Komissiyasının fəaliyyət prinsipləri, qaydaları və digər əsas məsələlər öz əksini tapıb. Müzakirələr zamanı Komissiya üzvləri çıxış edərək rəy və təkliflərini bildiriblər.