Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərlə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.
Başsağlığında deyilir: "Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm".