YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Goranboy rayonunda  Vətən müharibəsi şəhidi İxtiyar Əliyevin qırx mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak ediblər. Anım mərasiminin iştirakçıları öncə şəhidin məzarını ziyarət edib, gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bütün şəhidlərimiz kimi, İxtiyar Əliyevin xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası İlqar Əliyev Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun axtarışları davam edib.