Xəbərlər
YAP Sumqayıt şəhər təşkilatı ağacəkmə aksiyası keçirib

YAP-ın təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar partiyanın Sumqayıt şəhər təşkilatı Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirib.
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Ramiz Hüseynov, YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları və könüllüləri, Sumqayıt şəhər Yaşıllaşdırma idarəsinin işçiləri şəhərin Bakı küçəsi ərazisində Eldar şamı əkib, ağacların dibi yumşaldılaraq su veriblər.
Aksiyanı həyata keçirməkdə əsas məqsəd Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin təbitətin yaşıllaşdırılmasında, çiçəklənməkdə olan ölkəmizin təbiətini qorumağa ictimaiyyətin diqqətini yönəltmək, atmosferi oksgenlə zənginləşdirməkdir. Həmçinin son dövrlər daha da gözəlləşən Sumqayıt şəhərinin gözəlliyində YAP əməkdaşlarının da bir qatqısı olması, ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.