Xəbərlər
Goranboyda şəhid Elşən Zeynalovun xatirəsi anılıb
Goranboy rayonunun Düzqışlaq kəndində Vətən müharibəsi şəhidi Zeynalov Elşən Zaman oğlunun anım mərasimi keçirilib.
Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Goranboy rayon təşkilatının nümayəndələri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhid Zeynalov Elşənin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, əziz xatirəsi hörmətlə anılıb, ailənin qayğıları ilə maraqlanılıb.