Xəbərlər
YAP Saatlı rayon təşkilatı “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır” mövzusunda konfrans keçirib
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı rayonun Gənclər Mərkəzində partiyanın təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmışdır” mövzusunda konfrans keçirib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olan şəhidlərin, dünyasını dəyişən partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyin dayandığı qeyd olunub.
Bildirilib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad göstərir. Vətən müharibəsində Ali Baş Komandanın uğurlu hərbi strategiyası, müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində Qarabağın işğaldan azad olunması da Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin düzgünlüyünü, heç bir alternativi olmadığını tam sübuta yetirdi.