Xəbərlər
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid Vüqar Rüstəmovun anım mərasimində iştirak ediblər
YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev və təşkilatın nümayəndələri, o cümlədən, qazilər, şəhidin doğmaları, ictimaiyyət nümayəndələri Vətən müharibəsində şəhid olmuş Rüstəmov Vüqar Kamil oğlunun anım mərasimində iştirak ediblər.
Fəxrəddin Vəliyev şəhidin məzarı önündə çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə qazanılan şanlı Qələbədə Vüqar Rüstəmovun timsalında bütün şəhidlərin şücaətindən danışıb.
Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açan F.Vəliyev illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb və belə igid Vətən oğulları ilə fəxr etdiyini deyib.
Daha sonra tədbir iştirakçıları igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.
Şəhidin ailə üzvləri dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.