Xəbərlər
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əlaqələrin inkişafında ən ciddi rol oynayan liderlərdən biri məhz Prezident İlham Əliyevdir
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan hər zaman türkdilli dövlətlər arasında siyasi, mədəni və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının formalaşmasında, bu quruma üzv ölkələr arasında əlaqələrin inkişafında ən ciddi rol oynayan liderlərdən biri məhz Prezident İlham Əliyevdir. Cənab Prezident təşkilatın inkişafı, bu quruma üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər zaman səylə çalışıb.
Cənab İlham Əliyevin 2009-cu ildə Naxçıvanda Şura təsis olunarkən çıxışını yaxşı xatırlayırıq. Həmin çıxış o dövrdə konseptual xarakter daşıyırdı. Bu gün ki uğurun yolu məhz o dövrdə cızılmışdı. O dövrdən başlayaraq türkdilli respublikalar arasında əlaqələr və əməkdaşlıq daha da genişlənməyə və inkişaf etməyə başladı. Müxtəlif sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi.
Prezident İlham Əliyevin Türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səyləri atdığı addımlar tam əsas verir ki, bu şura çərçivəsində onun fəaliyyəti yüksək qiymətləndirilsin. Bu qiymətləndirmə Cənab Prezidentin bu Şura çərçivəsində fədakar əməyinin, atdığı addımların, gördüyü böyük işlərin nəticəsidir.
Vətən Müharibəsi bu əməkdaşlığın inkişafının nə qədər böyük önəm daşıdığını bir daha göstərdi. İlk gündən Azərbaycana dəstəyi məhz bu şuraya üzv bir sıra ölkələr verdi. Azərbaycanın yanında olduqlarını dəfələrlə xüsusi vurğuladılar. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərə baş çəkdilər, erməni vəhşiliyini qətiyyətlə pislədilər.
Prezident İlham Əliyevin Sammitdəki çıxışı bir çox vacib məqamlarla yadda qaldı, Şura üzvlərinin Azərbaycana dəstəyini yüksək qiymətləndirdi. Zəngəzur dəhlizinin açılması ilə bu əlaqələrin daha da genişlənəcəyini xüsusi vurğuladı.