YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Konstitusiya demokratikləşmə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun əsasıdır” adlı tədbir keçirilib

YAP Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya demokratikləşmə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun əsasıdır” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 12 Noyabr Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edərək, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət kəsb edən ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunmasının tarixindən danışıb.

Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, BDU-nun professoru, hüquq üzrə elmlər doktoru, BDU ƏPT-nin sədri Zahid Cəfərov, BDU-nun Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov, İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov Azərbaycan Respublikası Konstitusiyasının tarixinə nəzər salıblar. Qeyd ediblər ki, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Azərbaycan Konstitusiyası dünyada mövcud olan az sayda konstitusiyalardan biridir ki, burada dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının müdafiəsi və ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi göstərilib.

DİGƏR Xəbərlər Arxiv