Xəbərlər
YAP Nərimanov rayon təşkilatı “Odlar Yurdu Universiteti” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Odlar Yurdu Universiteti” ərazi partiya təşkilatının növbəti hesabat-seçki yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov gündəlik haqqında məlumat verib. Hesabatda statistik icmal, təşkilatda təmsil olunan müəllimlərin, texniki işçilərin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Odlar Yurdu Universitetinin struktur bölmələri üzrə ərazi partiya təşkilatı üzvlərinin faiz indikatoru, habelə təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verilib.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb, ölkəmizin qazandığı uğurlardan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin mühüm əhəmiyyətindən danışıblar. Həmçinin, ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib. Hesabat qənaətbəxş hesab edilib.
Sonra ərazi partiya təşkilatı sədrinin və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Səsvermə nəticəsində Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və Layihələr üzrə departamentinin rəhbəri Aytən Hüseynova sədr, Odlar Yurdu Universiteti üzrə Həmkarlar İttifaqının rəhbəri Günay Yusifova isə sədr müavini seçiliblər.
Sonda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək partiyanın fəaliyyətindəki yeniliklərdən danışıb, həyata keçirilən islahatları yüksək qiymətləndirib.