Xəbərlər
Cəlilabadda şəhid Tural Rəhimov yad edilib
Noyabrın 4-də Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər, ictimaiyyət nümayəndələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Söyüdlü kənd sakini Rəhimov Tural Arif oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Şəhid Tural Rəhimovun keçdiyi döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.