Xəbərlər
Mingəçevirdə şəhidlərin xatirəsi anılıb

YAP Mingəçevir şəhər təşkilatının fəalları Vətən müharibəsi şəhidləri Həsənov Əzim Fikrət oğlu, Abdullayev Kənan Mübariz oğlu və İbrahimov Alim Səhrab oğlunun anım mərasimində iştrak ediblər.
Anım mərasimlərində Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman əsgərlərimizin şücaətindən bəhs olunub. Qeyd edilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.