Xəbərlər
Qalib sərkərdə, Məğlubedilməz ordu, Qəhrəman xalq
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı "İnşaatçılar prospekti, 136" ünvanında yerləşən ərazi partiya təşkilatında "Qalib sərkərdə, Məğlubedilməz ordu, Qəhrəman xalq" mövzusunda tədbir keçirib.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin tarixi qələbəsindən söz açıb. O qeyd edib ki, İkinci Qarabağ savaşının cəmi 44 günə qələbə ilə bitməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsində mümkün olub.
Sonra çıxış edən Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov Azərbaycanın bu qələbəni şəhidlərin qanı, canı hesabına qazandığını, Vətən Müharibəsi başlayan ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun irəliləyərək, düşməni işğal olunmuş torpaqlarımızdan qovduğunu qeyd edib.
Millət Vəkili Səbinə Xasayeva bildirib ki, Azərbaycan Ordusunun qəhrəmanlığı, Xalqın Ali Baş Komandan ətrafında sıx birləşməsi, vətəndaş həmrəyliyi Şanlı ordumuzun qələbəsini daha da sürətləndirdi. 44 günlük Vətən Müharibəsində qazanılar qələbə xalqımızın birliyinin və Vətən eşqinin tərənnümüdür.
"İnşaatçılar prospekti, 136" ƏPT-nın sədri Sevda Süleymanova Vətən müharibəsində qazandığımız zəfərin ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etməklə yanaşı, həm də vətən həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində yenidən həyat işığı yandırdığını, onlara doğma torpaqınlara dönmək imkanını yaratdığını vurğulayıb.
Daha sonra çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfərin müəllifinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin olduğunu faktlarla diqqətə çatdırıb.