Xəbərlər
Gədəbəydə şəhid Nofəl Quluyevin anım mərasimi keçirilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rüstəm Nağıyev, Milli Məclisin deputatı Sevinc Hüseynovanın köməkçisi Elxan İsmayılov, YAP rayon təşkilatının fəal üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində Vətənimizin müdafiəsi uğurunda öz canından keçən rayonun Qoşabulaq kənd sakini, şəhid Quluyev Nofəl İlham oğlunun ildönümü ilə bağlı anım mərasimi təşkil olunub.
Mərasim iştirakçıları şəhidin valideyiniləri ilə söhbətlər aparıb onların qayğı və problemlərini dinləyiblər.
İildönümü mərasimində şəhidin ruhuna dualar oxunub.
Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!