Xəbərlər
YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid Elyar Məmmədovun ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları Vətən müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda canından keçən Biləsuvar rayon Ağalıkənd şəhidi Məmmədov Elyar Elbəyi oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Daha sonra şəhidin məzarı ziyarət edilib və dərin ehtiramla yad edilərək məzarı üzərinə tər gül-çiçək dəstələri düzülüb.
Allah rəhmət eləsin!