Xəbərlər
Milli Məclisin deputatı Fatma Yıldırım seçicilərlə görüşüb

Milli Məclisin deputatı Fatma Yıldırım seçiciləri ilə növbəti görüşünü keçirib.
Görüş zamanı seçicilərin çoxsaylı müraciətləri dinlənilib. Müraciətlərdə işsizlik və məşgulluq, sosial müdafiənin gücləndirilməsi məsələləri əsas yer tutub. Həmçinin şəhid ailələrini, müharibə veteranlarını və iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə bütün müraciətlər dinlənilib və qeydə alınıb. Vətəndaşların problemlərinin həlli üçün aidiyyati qurumlar qarşısında məsələlər qaldırılacağı bildirilib.
Seşicilər müaciətlərinin müsbət həllini tapacağına əminliklərini ifadə ediblər.