Xəbərlər
Tərtərdə şəhidlərin anım mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, Tərtər rayonunun Cəmilli kənd sakini İsaxlı Anar Rəsul oğlunun məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək xatirəsini böyük ehtiramla anıblar. Sonra mülki şəhid Tərtər şəhər sakini Quliyev Anar Tofiq oğlunun ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak ediblər.
YAP rayon təşkilatının nümayəndələri şəhidlərin anım mərasimlərində iştirak edərək ailələrinə və yaxınlarına başsağlığı veriblər.
Şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin.