Xəbərlər
Cəlilabadda şəhidlərin ildönümü mərasimləri keçirilib
Cəlilabadda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan vətən qəhrəmanlarının - Qarakazımlı kəndindən Abdullayev Tosif Vidadi oğlu, Üçtəpə kəndindən Cəfərov Ayxan Cəmaləddin oğlu, Tahirli kəndindən Quliyev Tərlan Bəxtiyar oğlu və Hacıcavad kəndindən İbrahimli Elməddin Zeynəddin oğlunun ildönümü mərasimləri keçirilib.
Anım tədbirlərində YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onlar şəhidlərin ailə üzvləri ilə görüşərək başsağlığı diləyiblər, onların qayğı və problemləri ilə maraqlanıblar.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.