Xəbərlər
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaq
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
Bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış əhalinin sosial rifahının daha da gücləndirilməsinə yönəlik sərəncamı ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirir. Bu bir gerçəklikdir ki, bugün dünya iki kürəsəl problemlə COVİD 19 və maliyyə böhranı ilə mübarizə aparır. Qeyd etmək lazımdır ki, on ilə yaxındır ki, dünyanı bürüyən maliyyə böhranı pandemiya dönəmində daha da dərinləşdi və hətta ən inkişaf etmiş ökələrdə belə çox ciddi problemlər yaratmışdı. Sözsüz ki, dünyanın bir parçası olan ölkəmiz də bu problemlərdən yan keçməmişdir. Xüsusi vurğulamaq lazımdır ki, bu iki problemlə bərabər uzun illərdir ki, üzləşdiyimiz məlum Qarabağ münaqişəsi və ondan qaynaqlanmış problemlər, eləcə də ötən il, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda apardığımız və möhtəşəm Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi və bu müharibədən yaranmış yeni problemlər ölkəmizdə əlavə problemlər yaratmışdır. Nəzərə alsaq ki, böyük Qayıdış üçün azad olunmuş torpaqlarda aparılan quruculuq işləri dövlət üzərində, dövlət büdcəsində çox ağır yükdür. Bütün bunlara baxmayaraq, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin təməlində hər zaman olduğu kimi əsas istiqamət hətta ən çətin vəziyyətlərdə belə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmadı və həssas qrupun üzləşəcəyi problemin minimuma endirilməsi olmuşdur. Bu mənada
möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasının təmin edilməsi məqsədi daşıyır. Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Sərəncam aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi və onların gəlirlərinin artırılması istiqamətində atılan addımların uzlaşdırılmasını bir növ tənzimləyir. Məlumdur ki, bugün bütün dünya ölkələrində, hətta Avropanın inkişaf etdiyi ölkələrdə enerjidən tutmuş ərzağa və daşınmaz əmlakadək çox ciddi bahalaşma gedir. Sözsüz ki, belə proseslər bizim ölkəmizə də təsir edir. Bu səbəbdən möhtərəm Prezidentimizin qəbul etdiyi bu qərar vətəndaşına, onun sosial qrupuna olan diqqətini və qayğının nəticəsidir. Məhz sərəncamdan irəli gələrək Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün konkret təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Qeyd edim ki, artıq sərəncamdan irəli gələn təkliflərin hazırlanmasına başlanıb.
Qeyd etmək lazımdır ki, sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir. Bildiyimiz kimi sosial sahədə aparılan islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezident tərəfindən verilən təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunlaşdırılmasında ciddi irəliləyişdir. Ümumilikdə isə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. daxil olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb. Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” bu yeni sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bildiyimiz kimi dünyada baş verən məlum problemlərə görə enerji daşıyıcılarının qiymətlərinin artması Azərbaycanda da qaçılmazdır. Əlbəttə ölkəmizdə də yeni tariflərin tətbiqi labüd idi.
Məhz bu sərəncamın da mahiyyəti əslində təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə eyni zamanda maaşların yüksəldilməsi tariflərdəki artımların kompensasiya etmək üçün ciddi addımdır. Bu isə Azərbaycan vətəndaşınının və onun rifahının hər zaman dövlət siyasətinin mərkəzində dayandığının göstəricisidir.