Xəbərlər
Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Azərbaycan Respublikasının Milli Məclisi “Müstəqillik Günü haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
Qanun layihəsi parlamentin oktyabrın 15-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi təklif olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram günü sayılacaq.