YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri: Müstəqilliyimiz ən böyük sərvətimizdir

Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan edib. Müstəqilliyi əldə etməklə bərabər, onu qoruyub saxlamaq lazımdır.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının oktyabrın 15-də keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkəmizdə 1990-cı illərdə çətin vəziyyət yaranmışdı, hərc-mərclik, xaos hökm sürürdü. Azərbaycanda yaranan bu çətin vəziyyətdən sui-istifadə edən Ermənistan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etdi.

Milli Məclisin sədri deyib: “İkinci dəfə dövlət müstəqilliyimiz ulu öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti ilə qazanılıb. Ulu Öndərin parlamentə rəhbərlik etdiyi dövrdə onun əsl qanunverici orqan kimi formalaşmasında əvəzsiz xidmətləri var”.

2020-ci ildə torpaqlarımızın azad edildiyini xatırladan Sahibə Qafarova əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da güclənəcək və daha böyük uğurlara imza atacaq.