YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aynur Sofiyeva: Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, yenilməz xalq kimi tanıtdı

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Aynur Sofiyeva  tariximizin möhtəşəm 18 ilinin uğurlarından bəhs edib: “18 il bundan əvvəl, 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə etdi. Bu inama əsas verən, təbii ki,  möhkəm təmələ əsaslanan siyasət  idi. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış  siyasəti  Onun şah əsəri kimi dəyərləndirilən müasir müstəqil Azərbaycanın qarşısında böyük imkanlar açdı.  Cənab İlham Əliyev bu vədi vermişdir ki,  Heydər Əliyev siyasəti davam etdiriləcək, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcək. 18 ilin tariximizə yazdığı uğurlar verilən hər vədin reallıqda öz əksini tapdığını təsdiqləyir.  Məhz bu illər ərzində görülən işlər, Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar 30 ilə yaxın dövrdə həsrətlə gözlədiyimiz sevinci bizlərə bəxş etdi. Tariximizə  Zəfər Gününün yazılması müstəqillik tariximizin ən parlaq səhifəsi oldu.  Cənab İlham Əliyevin 18 ildə elə bir çıxışı, xarici ölkələrə elə bir səfəri yox idi ki, bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, erməni yalanları ifşa edilməsin. Tarixi faktlara, real məsələlərə əsaslanan siyasət daim  qələbələrə yol açır ki, cənab İlham Əliyev 2003-cü ildə  məhz bu vədi vermişdir: Heydər Əliyev yolu ilə yeni qələbələrə doğru gedəcəyik.”

A.Sofiyeva uğurlarımızın  əsasında siyasi peşəkarlığın  və milli maraqların dayandığını önə çəkərək qeyd edib ki, cənab İlham Əliyev Prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı: “Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı  dünya birliyinin ən fəal üzvünə çevirdi, etibarlı tərəfdaş kiimi mövqeyini möhkəmləndirdi, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini inkişaf etdirməklə yeni dostlar və tərəfdaşlar qazandırdı.”

Liderlik fenomeninin  milli dövlətin formalaşmasında və inkişafında həlledici rolundan bəhs edən YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb: “Dövlət başçısı  İlham Əliyev  Azərbaycanın siyasi sisteminə  mütərəqqi,  milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən fəaliyyət nümunəsi gətirdi. Azərbaycanın sabit ölkə olmaqla yanaşı, daim birliyin, həmrəyliyin, sülhün, əməkdaşlığın tərəfdarı olduğunu  dünyaya ünvanladığı mesajları, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə nümayiş etdirdi. Tolerant ölkə olan Azərbaycan multikulturalizmi həyat tərzinə çevirərək müxtəlif xalqları, millətləri bir araya gətirən körpü rolunu uğurlu addımları ilə daha da möhkəmləndirdi. Bunun sübutu üçün bircə faktı qeyd etmək kifayətdir. Qarabağımızın tacı Şuşamız “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edəndə tədbirin birinci günü müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığı təqdim olundu. Bu, Şuşadan  dünyaya ünvanlanan birlik,  həmrəylik  mesajı oldu. Azərbaycan hər zaman multikultural dəyərlərin inkişafına davamlı töhfələri ilə diqqət çəkir.”

“18 il bu ümumiləşdirməyə əsas verir ki,  Azərbaycanı  ən qüdrətli dövlətə çevirən cənab  İlham Əliyev tarixi Qələbəmizlə xalqımızın məğrurluğunu, yenilməzliyini sübut etdi. Hər bir çıxışında «Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm» bəyanatını səsləndirməklə  torpaqlarımızın öz tarixi sahibinə qovuşacağına əminliyini ifadə edən  cənab İlham Əliyev bu vədini də reallığa çevirməklə  adını qalib Sərkərdə, qətiyyətli Lider kimi tariximizə qızıl hərflərlə  yazdı. Artıq qarşıdakı illərdə Azərbaycanmızı möhtərəm Prezidentimizin rəhbərliyi ilə daha möhtəşəm uğurlar gözləyir. Yaxın illərdə Qarabağ yenidən cənnət məkana çevriləcək. Ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq.”,- deyə Aynur Sofiyeva bildirib.