YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı seçilən qadınlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib. O bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: “Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil”. N. Əhmədov vurğulayıb ki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxışında qadınları əlamətdar gün və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən G.İslamovun sözlərinə görə, bu gün ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar.

Milli Məclisin deputatı Rauf Əliyev çıxışında qeyd edib ki, ölkə parlamentində gender bərabərliyi haqqında qanun qəbul olunub. Onun sözlərinə görə, Azərbaycanda qadınların hüquq bərabərliyi tam təmin olunub.

Tədbirdə, həmçinin, YAP Xəzər rayon  təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva, şuranın üzvləri Zeynəb Əliyeva və Elmira Cabbarova çıxış edərək qadınlara olan diqqət və qayğıya görə təşəkürlərini bildiriblər.

Sonda Xəzər rayonunun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.