Xəbərlər
Biləsuvar rayonunda şəhid ailələri ziyarət edilib
Biləsuvar rayonunda ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və qəhrəmancasına həlak olan Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.
Biləsuvar rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının rəhbərliyi və fəalları, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində öz canından keçən Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət ediblər. Tədbir iştirakçıları şəhidin əziz xatirəsinə həsr olunmuş barelyef-abidə kompleksinin açlışında iştirak edərək önünə gül dəstəsi düzüblər.
YAP Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları rayonun Əsgərabad kəndindən olan şəhid Bayramov Elmin Elməddin oğlunun da ildönümü ilə əlaqədar onun məzarını və ailəsini ziyarət ediblər.
Allah rəhmət eləsin!