Xəbərlər
Azərbaycan Prezidenti hesab edir ki, Avropa İttifaqı postmüharibə dövründə sülh və əməkdaşlığın bərqərar olmasına töhfə verə bilər
Ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir və biz buna hazırıq.
Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən bildirib.
Azərbaycanın postmüharibə dövründəki siyasətini diqqətə çatdıran Prezident deyib ki, biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik: “Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər”.